• Bakı 15° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

İlham Əliyev Rumıniya Prezidentini təbrik edib

SİYASƏT

01 Dekabr 2025 | 11:04

İlham Əliyev Rumıniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev rumıniyalı həmkarını ölkənin milli bayramı münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz dost və tərəfdaş olan Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün xoş ənənələr və sağlam təməllər üzərində qurulan Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi, səmərəli birgə fəaliyyətimizin ticari-iqtisadi, energetika, xüsusilə yaşıl enerji, mədəni-humanitar və digər sahələrdə yeni məzmunla zənginləşməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim firavanlıq və rifah diləyirəm".


SON XƏBƏRLƏR

30 Noyabr 2025