• Bakı C

    3.89 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

FES-in rəhbəri ola bilərəm - Hassett

DÜNYA

30 Noyabr 2025 | 20:47

FES-in rəhbəri ola bilərəm - Hassett

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) sədri postuna namizəd göstəriləcəyi təqdirdə bu vəzifəni məmnuniyyətlə qəbul edəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Foks Nyus" telekanalına müsahibəsində deyib.

“Maliyyə bazarları FES-də yeni rəhbərin olacağını gözləyir. Hamı prezident Donald Trampın seçim edəcəyini düşünür. Əgər o, məni seçsə, ölkəyə layiqincə xidmət etməkdən məmnun olaram”, - deyə Hassett bildirib.

O, Trampın ixtiyarında bu vəzifə üçün çox sayda əla namizədin olduğunu və hər birinin quruma böyük fayda verə biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Skott Bessent noyabrın 18-də Trampın FES sədri postuna namizəd seçimi ilə bağlı qərarını Milada qədər verəcəyini açıqlamışdı./Teleqraf


SON XƏBƏRLƏR

16 Yanvar 2026