• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - Azərbaycanda ilk - VİDEO

CƏMİYYƏT

01 Dekabr 2025 | 00:01 | Müəllif: Subhan Mahmudov

Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - Azərbaycanda ilk - VİDEO

71 yaşlı İmaməli Cavadov sağ ikən özünə məzar qazdırdı, başdaşı düzəltdirdi, üstündəki qr kod vasitəsilə də məzarına gələcək olanlara özü haqqında danışdı.

Bakıvaxtı.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu qərara gəlməsinə səbəb ağır xəstəlikdən sağalması oldu.

İmaməli Cavadov deyir ki, 3 övladı var. Övladları bu missiyanı atalarının onlara həvalə etməsini istiyirmişlər.

Məzarları QR kodlaşdıran mütəxəssis  isə deyir ki, ilk dəfədir belə sifarişlə rastlaşıb. Öz başdaşısını özü sifariş edən adamı görəndə təəccüblənib.

İmaməli Cavadov deyir ki, atası başdasının sadə olmasını vəsiyyət edibmiş. Ona görə, elə o da ata-anasının başdaşından hündür olmayan məzar daşı düzəltdirib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026