• Bakı 15° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

CƏMİYYƏT

01 Dekabr 2025 | 09:47

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

Azərbaycanda 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək İİV infeksiyası ilə (insanın immun çatışmazlığı virusu) yaşayan 11 min 260 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.

Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır.

Qeyd olunub ki, ümumilikdə, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb:

"İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir".

 


SON XƏBƏRLƏR

30 Noyabr 2025