İsrail Yaxın Şərqdə sabitliyə əsas təhlükədir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib.
O, beynəlxalq ictimaiyyəti İsrailin ekspansionist siyasətinə qarşı addımlar atmağa çağırıb.
Fidan həmçinin Ankaranın İranın nüvə məsələsində dialoq yolu ilə həll səylərinə uzunmüddətli dəstəyini bir daha təsdiqləyib.
İran XİN rəhbəri Abbas Araqçi də İsraili regionda xaos yaratmaq istəyində ittiham edərək, bölgə ölkələrinin bu təhdidlərə qarşı birlik nümayiş etdirməsinin zəruriliyini bildirib.
Əli Hüseynov
Bakı 



