• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Hərbçi Makronun çıxışına belə etiraz etdi - VİDEO

DÜNYA

30 Noyabr 2025 | 21:40 | Müəllif: Subhan Mahmudov

Hərbçi Makronun çıxışına belə etiraz etdi - VİDEO

Prezident Emmanuel Makronun ordunun genişləndirilməsi planları ilə bağlı çıxışı zamanı bir fransız əsgəri səhnəni nümayişkaranə şəkildə tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, Hadisə dövlət başçısının millətin "müqavimət qabiliyyətini" gücləndirmək üçün könüllü hərbi xidmətin tətbiqi barədə danışdığı zaman baş verib.

Sosial mediada yayılan videolarda əsgərin səhnəni qətiyyətlə tərk etməzdən əvvəl narahatlıqla ətrafa baxdığı görünür. İnternet istifadəçiləri bu davranışı Makronun Rusiya ilə qarşıdurmanın yaxınlaşdığı iddia edilən dəfələrlə verdiyi açıqlamalarla əlaqələndirirlər.

Çoxları hərbçinin demarşını prezidentin militarist ritorikasına və ölkənin silahlı qüvvələrini genişləndirmək planlarına qarşı səssiz bir etiraz kimi qiymətləndirib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026