• Bakı 15° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

WSJ: Vitkoff və Kuşner dekabrın 1-də Moskvaya səfər edəcək

DÜNYA

01 Dekabr 2025 | 09:08

WSJ: Vitkoff və Kuşner dekabrın 1-də Moskvaya səfər edəcək

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna böhranının həlli ilə bağlı danışıqları davam etdirmək üçün dekabrın 1-də Moskvaya gedəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Wall Street Journal (WSJ)" mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr baş tutub. Müzakirə zamanı münaqişənin dayandırılması yolları, iqtisadi və təhlükəsizlik məsələlərinin uzunmüddətli həlli yolları, Ukraynada seçkilərin keçirilməsi perspektivləri, ərazi məsələsi müzakirə olunub.

Aynur Babazadə


SON XƏBƏRLƏR

30 Noyabr 2025