• Bakı 15° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Əli Əsədov yeni qərar imzaladı

SİYASƏT

01 Dekabr 2025 | 11:00

Əli Əsədov yeni qərar imzaladı

"Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi Qaydaları" təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Xüsusi icra məmuru vəzifəsi üzrə vakansiyalar müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı (bundan sonra – imtahan) və müsahibə mərhələlərindən ibarətdir.

Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 ildən az olmayaraq işləmiş şəxslər müsabiqənin test mərhələsindən azad edilirlər.

Müsabiqənin imtahan mərhələsində iştirak ödənişlidir, elektron formada keçirilir.


SON XƏBƏRLƏR

30 Noyabr 2025