İsrail ordusu atəşkəs rejiminə baxmayaraq Qəzza zolağının cənubunu artilleriya və helikopterlərdən intensiv atəşə tutub.
Bakıvaxtı.az xəbər verir ki, şahidlərin sözlərinə görə, Rəfah və Xan Yunisin şərq hissələri hədəfə alınaraq bölgədə sıx tüstü müşahidə edilib.
Qəzza hökuməti bildirir ki, oktyabrın 10-dan qüvvədə olan atəşkəsin ilk 50 günündə İsrail ordusu razılaşmanı 591 dəfə pozub.
Hücumlar nəticəsində 357 fələstinli həlak olub, 903 nəfər isə yaralanıb.
Əli Hüseynov
Bakı 


