• Bakı 15° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Türkiyədə Nazirlər Kabineti Qara dənizlə bağlı toplanır

DÜNYA

01 Dekabr 2025 | 09:54

Türkiyədə Nazirlər Kabineti Qara dənizlə bağlı toplanır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Nazirlər Kabineti toplanacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

İclasın əsas mövzuları arasında terrordan azad Türkiyə prosesi, Rusiya-Ukrayna müharibəsi çərçivəsində Qara dənizdə baş verən hadisələr, Suriyadakı son vəziyyət və Qəzzaya ediləcək yardımlar var.

Nazirlər Kabinetinin Qara dənizdə artan gərginliyin Türkiyənin təhlükəsizliyinə və regional sabitliyinə təsirini müzakirə edəcəyi, Ərdoğanın görüşdən sonra bu mövzuda və bir çox başqa mövzularda mühüm açıqlamalar verməsi gözlənilir.

Görüşün digər mövzusu Türkiyə Böyük Millət Məclisinin formalaşdırdığı İmralı heyətinin Abdullah Öcalanla keçirdiyi görüşlə bağlı olacaq. Müzakirə olunan mövzular, verilən mesajlar, prosesdə ortaya çıxan yeni dinamikalar tam şəkildə dəyərləndiriləcək.

İqtisadiyyatın hazırkı vəziyyəti, inflyasiya, artan qiymətlər, minimum əmək haqqının artırılması da kabinetin əsas mövzularındandır. 

Unikal


SON XƏBƏRLƏR

30 Noyabr 2025