• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda müxalifət liderini bu görüntülərə görə 15 ilədək həbs gözləyir - VİDEO

DÜNYA

01 Dekabr 2025 | 00:38 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda müxalifət liderini bu görüntülərə görə 15 ilədək həbs gözləyir - VİDEO

"Güclü Gürcüstan" müxalifət koalisiyasının liderlərindən biri olan Aleko Elisaşvili Tbilisi məhkəmə binasını yandırmağa cəhd etdiyinə görə terrorizmdə ittiham olunub.

Bakıvaxtı.az xəbər verir ki, müstəntiqlərin sözlərinə görə, 29 noyabrda, təxminən saat 4:00-da siyasətçi odlu silah və sursatla silahlanaraq oraya gəlib. O, çəkiclə pəncərəni sındırıb, məhkəmə binasına daxil olub, əşyalara və sənədlərə yanacaq töküb, sonra hər şeyi yandırmağa çalışıb.

Bu zaman məhkəmə icraçısı gəlib, Elisaşvili ona hücum edib və döyməyə başlayıb. Daha sonra daha iki məhkəmə icraçısı gəlib və o, silahını onlara qarşı istifadə etməyə çalışıb. O, təxminən 5-6 dəqiqə müqavimət göstərib, lakin sonda sakitləşdirilib.

Elisaşvili terror hücumuna cəhd etdiyinə görə 10 ildən 15 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026