• Bakı 15° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Bakıda partlayışda xəsarət alan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

CƏMİYYƏT

01 Dekabr 2025 | 09:38

Bakıda partlayışda xəsarət alan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Ötən gün partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, ötən gün Nəsimi rayonu Mir Cəlal küçəsi ev 40, mənzil 71 ünvanında qaz sızması nəticəsində baş vermiş partlayışda 1963 cü il təvəllüdlü Qəhrəmanov İlqar Sulduz oğlu xəsarət alıb.

Aldığı xəsarətdən İlqar Qəhrəmanov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə ilə bağlı FHN-in Əməliyyat İstintaq İdarəsində araşdırma aparılır.

***

09:27

Ötən gün Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 30-da, saat 8:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, M.Cəlal küçəsi, 40 ərazisindən partlayış baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.

"Çağırış gələn ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1963-cü il təvəllüdlü bir nəfər (kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq mərkəzinə təxliyə olunub. Ona başın tüklü hissəsinin və sağ yuxarı ətrafın müxtəlif lokalizasiyalı II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasiyentin vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.


SON XƏBƏRLƏR

30 Noyabr 2025