• Bakı 25° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Qəza nəticəsində ər və arvad xəsarət alıb

HADİSƏ

01 Dekabr 2025 | 09:42

Qəza nəticəsində ər və arvad xəsarət alıb

Bu gün səhər saatlarında Bakı–Şamaxı–Yevlax yolunun 108-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı istiqamətində hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü, Oğuz rayon sakini 49 yaşlı Dadaşov Seymur Tapdığ oğlunun idarəetməni itirərək yoldan çıxması və avtomobilin suötürücü kanala aşması nəticəsində baş verib.

Sürücü Dadaşov Seymur Tapdığ oğlu və onun həyat yoldaşı, 45 yaşlı Dadaşova Səyidə Zayəddin qızı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026