"ABŞ Venesuela prezidenti Nikolas Maduronun dərhal istefa verəcəyi təqdirdə ölkəni tərk etməsini məqbul sayır, bu zaman onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu "Miami Herald" mənbələrə istinadən yazır.
İddia edilir ki, ABŞ Maduro indi istefa verərsə, Venesuela prezidentinin özünün, həmçinin onun həyat yoldaşı və oğlunun "təhlükəsiz gedişinə" zəmanət verməyə hazırdır. Nəşr yazır ki, Karakas siyasi nəzarətin müxalifət qüvvələrinə verilməsini, lakin silahlı qüvvələrə komandanlığın hazırkı rəhbərlikdə saxlanmasını təklif edib.
Bakı 



