Türkiyədə AK Partiyanın Girəsun təmsilçisi, keçmiş millət vəkili Camal Öztürk vəfat edib.
Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, Ankarada müalicə alan sabiq parlamentar 67 yaşında Bilkənt Şəhər Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək vəzifəli rəsmilər sosial media üzərindən başsağlığı mesajları paylaşaraq Öztürkün ölkəyə göstərdiyi xidmətləri ehtiramla xatırlayıblar.
AK Partiya rəhbərliyi də keçmiş millət vəkilinin vəfatını dərin kədərlə qarşılayaraq ailəsinə və yaxınlarına başsağlığı verib.
Əli Hüseynov
Bakı 




