• Bakı 15° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

ABŞ şirkətləri raket istehsalını artırır

DÜNYA

01 Dekabr 2025 | 11:56

ABŞ şirkətləri raket istehsalını artırır

ABŞ hərbi sənaye kompleksi Pentaqonun tükənmiş ehtiyatları və mərmilərə qlobal tələbatın artması səbəbindən sursat istehsalını kəskin şəkildə artırmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Times" yazır.

Qeyd edilib ki, ABŞ-nin əsas silah istehsalçıları Pentaqonun və Konqresin təzyiqi altında Ukraynaya, İsrailə və digər qaynar nöqtələrə silah çatdırılması nəticəsində tükənmiş arsenalların artırılmasını sürətləndirmək üçün istehsala milyonlarla dollar sərmayə qoyurlar. Anonim mənbə bildirib ki, ABŞ hərbi-sənaye kompleksi son illərdə istehsalın fəlakətli şəkildə aşağı səviyyədə olduğunu başa düşüb.

Xüsusilə, L3 Harris, Lockheed Martin və General Dynamics kimi böyük şirkətlər bərk raket mühərriklərinin hazırlanması və istehsalına birgə 700 milyon dollar sərmayə qoyublar. 2026-cı ilə qədər bu kateqoriyaya aid böyük mühərriklər üçün istehsal həcminin cari səviyyələri altı dəfə, daha kiçik mühərriklər üçün isə üç dəfə üstələyəcəyi gözlənilir. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

30 Noyabr 2025