Azərbaycan Mərkəzi Bankı (AMB) "Nova Credit BOKT" və "BOKT İDK" MMC-lər, eləcə də "Azərbaycan Mikro-Kredit" ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb.
Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, sözügedən BOKT-ların vəzifəli şəxsləri müvafiq olaraq 4 min manat, 2 min manat və 10 min manat cərimələnib.
Bakı 



