• Bakı 15° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

SİYASƏT

01 Dekabr 2025 | 12:34

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Azərbaycan Avropa Birliyinin, o cümlədən AB-nin "Qlobal Qapı" təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacaq və bu dəhlizin Azərbaycanın payına düşən hissəsinin inşası 2026-cı ilə qədər başa çatacaq.

“Bakı Avropa Birliyini bu yeni yaranan nəqliyyat kompozisiyasında görməyə şad olar”, - Prezidentin köməkçisi qeyd edib.


SON XƏBƏRLƏR

30 Noyabr 2025