• Bakı 16° C

    11.04 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

32 ölkəyə Rusiya ilə müharibə planı GÖNDƏRİLDİ

CƏMİYYƏT

01 Noyabr 2025 | 15:05

32 ölkəyə Rusiya ilə müharibə planı GÖNDƏRİLDİ

NATO daxilində Rusiya ilə müharibənin qaçılmaz olduğu qənaəti getdikcə güclənir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Welt” qəzeti məlumat yayıb.

NATO analitiklərinə görə, Rusiyadan hücum təhlükəsi Ukraynadakı müharibə bitdikdən sonra ciddi dərəcədə artacaq.

Hərbi blokun keçmiş yüksək vəzifəli generalı qəzetə deyib:

“Ukraynadakı müharibənin nə qədər davam edəcəyini kimsə bilmir. Amma NATO ərazilərinə, xüsusən də Baltikyanı ölkələrə (Estoniya, Litva və Latviya) hücum təhlükəsi Ukraynadakı müharibə bitdikdən sonra ən yüksək həddə çatacaq”.

Allyans həmçinin Rusiyanın hərbi dairələrində aparılan yenidənqurmadan narahatdır. Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin “Welt”ə bildirib ki, bu islahat Rusiya qoşunlarının NATO ölkələrinin sərhədlərində mövcudluğunu artıracaq: “Bu bölmələr bir-iki həftəlik təlimdən sonra sürətlə Ukraynaya göndərilir. Amma gec-tez geri qayıdacaqlar”.

Qeyd edilib ki, NATO artıq Rusiya hücumunun qarşısını almağa hazırlaşır və gizli müdafiə planlarının icrasına başlanılıb.

Qəzetin məlumatına görə, NATO-nun Avropa qüvvələrinin baş komandanı Kristofer T. Donahyu 9 gün əvvəl 32 üzv ölkəyə 4400 səhifəlik “Şərq qanadı üçün əngəlləmə xətti konsepsiyası” adlı kompleks müdafiə planını təqdim edib./teleqraf


SON XƏBƏRLƏR

31 Oktyabr 2025