• Bakı 14° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Naxçıvanda səhiyyə naziri vəzifəsinin icrası ona həvalə olunub - YENİLƏNİB

CƏMİYYƏT

01 Dekabr 2025 | 14:57

Naxçıvanda səhiyyə naziri vəzifəsinin icrası ona həvalə olunub - YENİLƏNİB

Naxçıvanda səhiyyə naziri vəzifəsinin icrası yeni müavinə həvalə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.

Sənəd imzalandığı gündən qüvvəyə minir.

***

14:42

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov dekabrın 1-də vəzifəsindən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin bu gün növbəti sessiya iclası keçirilib.

Yığıncaqda Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun vəzifəsindən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.


SON XƏBƏRLƏR