• Bakı 14° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

"Rosatom" Qırğızıstanda külək elektrik stansiyası tikəcək

DÜNYA

01 Dekabr 2025 | 15:10

Rosatom Qırğızıstanda külək elektrik stansiyası tikəcək

"Rosatom" 2026-cı ildə Qırğızıstanda 100 MVt gücündə külək elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır. Artıq obyektdə layihələndirmə işlərinə başlanılıb".

Bakıvaxtı.az xəbə verir ki, bu barədə "Rosatom" Bərpa Olunan Enerjinin baş direktoru Qriqori Nazarov TASS-a bildirib.

"Biz noyabrda bu stansiyanın qoşulma şərtlərini almışıq ki, bu da obyektdə təfərrüatlı layihələndirmə işlərinə başlamağa imkan verir. Hazırda ümumi plan, yer və birləşmə planları müəyyən edilib. Biz konkret parametrləri almışıq və obyektdə təfərrüatlı layihələndirmə işlərinə başlayırıq", - Nazarov qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR