• Bakı 14° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Starmer: Britaniya Aİ ilə əlaqələrini artıracaq

DÜNYA

01 Dekabr 2025 | 15:22

Starmer: Britaniya Aİ ilə əlaqələrini artıracaq

Böyük Britaniya "Brexit"in Britaniya iqtisadiyyatına mənfi təsiri səbəbindən Avropa İttifaqı (Aİ) ilə əlaqələrini gücləndirməyə başlayacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Keir Starmer Londonda Britaniyanın iqtisadi vəziyyəti ilə bağlı çıxışı zamanı bildirib.

"Biz reallığı qəbul etməliyik. "Brexit" iqtisadiyyatımıza ciddi ziyan vurdu. Buna görə də, iqtisadi dirçəlişə nail olmaq üçün biz Aİ ilə daha sıx əlaqələrə doğru getməliyik", - Baş nazir deyib.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib. Britaniyalıların 51,9%-i Aİ-dən çıxmağın lehinə, 48,1%-i isə əleyhinə səs verib. Bir neçə il davam edən danışıqlardan sonra Böyük Britaniya 2020-ci il fevralın 1-nə keçən gecə Aİ-ni tərk edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR