• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Hollandiya Ukraynaya müdafiə üçün 250 milyon avro ayıracaq

DÜNYA

01 Dekabr 2025 | 14:45

Hollandiya Ukraynaya müdafiə üçün 250 milyon avro ayıracaq

Hollandiya Avropa ölkələrinə ABŞ ehtiyatlarından silah almağa imkan verən PURL təşəbbüsü vasitəsilə Ukraynaya əlavə 250 milyon avro hərbi dəstək verəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hollandiyanın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib.

"Bu gün mən PURL vasitəsilə Ukrayna üçün 250 milyon avro ayrıldığını elan edirəm. Bu, hava hücumundan müdafiə sursatları, həmçinin Amerika ehtiyatlarından F-16 döyüş sursatları və digər materialların əldə edilməsinin yeganə yoludur", - o, Avropa İttifaqı müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündən əvvəl deyib.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026