• Bakı 14° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

BBC-nin süjeti Gürcüstanda narazılıq yaradıb

DÜNYA

01 Dekabr 2025 | 14:07

BBC-nin süjeti Gürcüstanda narazılıq yaradıb

BBC telekanalının Tbilisidəki aksiyalarla bağlı hazırladığı süjet Gürcüstanda narazılıqla qarşılanıb.

    Bakıvaxtı.az xəbər verir ki, süjetdə ötən il Tbilisidə keçirilən nümayişlərin dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərləyici maddələrdən istifadə olunduğu iddia edilib.

    Məsələyə münasibət bildirən hakim “Gürcü Arzusu” partiyasının fraksiya rəhbəri İrakli Kirtsxaliya BBC-nin süjetini yeni ağılsızlıq adlandırıb.

    O, bunun artıq “beyin yuma” deyil, cəmiyyətə qarşı ciddi bir təhqir olduğunu vurğulayıb.

    “Bir neçə gün öncə yalan yaydığına görə BBC-nin direktoru və xəbərlər bölməsinin rəhbəri istefa verməyə məcbur oldular. İndi onlar yeni ağılsızlıq ortaya atıblar - guya Gürcüstanda aksiyaçılara qarşı müharibə dövrünün kimyəvi silahı tətbiq olunub. Bu, eyni zamanda agenturanın və onların himayədarlarının hərəkətlərinin miqyasını və absurdluğunu daha da aydın şəkildə nümayiş etdirir”, - Kirtsxaliya əlavə edib.

    Gürcüstan parlamentinin Prosedur məsələlər üzrə komitəsinin sədri Davit Matikaşvili öz növbəsində BBC-nin materialında yer alan məlumatlara adekvat cavabın veriləcəyini bildirib. O qeyd edib ki, süjetdə təqdim olunan informasiyalar əsassızdır və cəfəngiyatdır.


    SON XƏBƏRLƏR