• Bakı 14° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Qadının pul kisəsi avtomobilindən oğurlandı

HADİSƏ

01 Dekabr 2025 | 14:33

Qadının pul kisəsi avtomobilindən oğurlandı

Abşeron rayonunda soyğunçuluq hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs Masazır qəsəbəsi ərazisində ona məxsus “Hyundai” markalı avtomobildən içərisində 1800 manat olan pul kisəsini açıq talama yolu ilə ələ keçirib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qarayevi müəyyən edərək saxlayıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Xırdalan şəhər sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, keçmişdə də məhkum edilmiş 35 yaşlı R.Abbasov da tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.


SON XƏBƏRLƏR