Rusiya və Səudiyyə Ərəbistanı dekabrın 1-də iki ölkə vətəndaşları üçün viza tələblərindən qarşılıqlı şəkildə imtina haqqında saziş imzalayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl Səud Rusiya-Səudiyyə Biznes Forumunda bildirib.
"Biz iki hökumət olaraq indi vətəndaşlarımızın iki ölkə arasında vizasız sərbəst gediş-gəlişinə icazə vermək qərarına gəldik və bu gün bu müqaviləni imzalayacağıq", - deyə o bildirib.
Aynur Babazadə
Bakı 



