• Bakı 15° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Xəzərdə brakonyerlik edən şəxs saxlanılıb

HADİSƏ

01 Dekabr 2025 | 12:58

Xəzərdə brakonyerlik edən şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbir zamanı qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan R.Musayev saxlanılıb. Həmin şəxsdən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan müxtəlif növ balıq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


 


SON XƏBƏRLƏR

30 Noyabr 2025