30 noyabr tarixində Gürcüstanın Kutaisi şəhərində odlu silahla insanlara atəş açan şəxs saxlanılıb.
Bakıvaxtı.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəllər məhkum edilmiş 1978-ci il təvəllüdlü şəxs Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” sərhəd-keçid məntəqəsində yaxalanıb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, hadisə nəticəsində üç nəfər yaralanıb. Onlardan biri xəstəxanada ölüb.
Bakı 



