• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Formula 1-də qaydalar dəyişir - Məsafə qısaldılacaq

FORMULA 1

22 Sentyabr 2026 | 09:06 | Müəllif: Əli Hüseynov

Formula 1-də qaydalar dəyişir - Məsafə qısaldılacaq

Gələn mövsümdən etibarən Formula 1 üzrə dünya çempionatında yarışların məsafəsi 15 kilometr qısaldılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni qaydalara əsasən, pilotlar əvvəlki 305 kilometr əvəzinə 290 kilometr məsafə qət edəcəklər. Bu dəyişiklik yarışların iki-üç dövrə qısalmasına səbəb olacaq.

Bundan əlavə, yarışın ümumi müddətinə tətbiq olunan üç saatlıq məhdudiyyət ləğv ediləcək. Bununla belə, yarışın startdan etibarən iki saatdan çox davam etməsinə icazə verilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026