• Bakı 8° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Türkiyədə partlayış: xəsarət alanlar var

DÜNYA

01 Noyabr 2025 | 00:27 | Müəllif: Subhan Mahmudov

Türkiyədə partlayış: xəsarət alanlar var

Türkiyənin İstanbul şəhərində binalardan birinin zirzəmisində partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Partlayış Bağcılar rayonundakı 15 İyul məhəlləsində qeydə alınıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Yaralıların sayı və partlayışın səbəbi hələ məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026