Nyu-Yorkun La-Quardiya hava limanında "United Airlines" şirkətinə məxsus iki təyyarə toqquşub.
Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə reyslərin yubanmasına görə baş verib.
Uçuşların gecikməsinə səbəb kimi isə hava şəraitinin pisləşməsi və federal qurumların işinin dayandırılması ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı göstərilir.
"United Airlines"ın məlumatına görə, Orlandodan gələn sərnişin təyyarəsi Hyustona uçuş gözləyən başqa bir təyyarənin quyruq hissəsinə dəyib.
Bildirilir ki, 328 sərnişindən və 15 ekipaj üzvündən heç kim zərər görməyib.
Bakı 


