• Bakı 16° C

    12.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Vüqar Məmmədov ilə bağlı PİS XƏBƏR: 5 ildən 10 ilədək...

CƏMİYYƏT

01 Noyabr 2025 | 12:31

Vüqar Məmmədov ilə bağlı PİS XƏBƏR: 5 ildən 10 ilədək...

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən “Hürriyyət” qəzeti və Hürriyyət TV-nin baş redaktoru Vüqar Məmmədovun nədə ittiham edildiyi məlum olub.

Bakıvaxtı.az “Yeni Sabah”a istinadla xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham verilib.

Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini nəzərdə tutur.

Günahı sübuta yetirilərsə, V.Məmmədovu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, V.Məmmədov DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail Rayon Məhkəməsi oktyabrın 31-də onun barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025