Bəşəriyyətin təhlükəsizliyi XXI əsrin ən kritik məsələlərindən birinə çevrilib.
Dünyanın iki nüvə supergücü olan ABŞ və Rusiya arasındakı nüvə rəqabəti yalnız regionlarda deyil, qlobal miqyasda da gərginliyi artırır. Rusiyanın keçmiş imperiya ambisiyaları və bunun nəticəsində silahlanma yarışının sürətlənməsi, eləcə də ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın bu tendensiyanı cilovlamaq üçün hərbi gücünü artırması, bütün dünya üçün potensial təhlükə mənbəyinə çevrilib.
Bu proses yalnız təhlükəsizlik siyasətinə yox, sosial infrastruktur layihələrinə ayrılan resurslara da mənfi təsir göstərir. Belə bir mərhələdə nüvə rəqabətinin daha da dərinləşməsi, istənilən məsuliyyətsiz addım və ya təsadüfi hadisənin bəşəriyyət üçün fəlakətli nəticələr doğura biləcəyini göstərir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xaqani Cəfərli bildirib ki, ABŞ və Rusiya nüvə arsenalına dünyanın iki ən böyük dövləti olduğu üçün bu iki dövlət arasında nüvə rəqabəti bütün dünya üçün təhlükəni artır:
"Rusiyanın keçmiş imperiyanı bərpa etmək siyasəti isə yeni sürətlə silahlanmaya yol açıb. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyanın davakar siyasətini cilovlamaq üçün silahlanmaya start veriblər".
Onun sözlərinə görə, bu isə bütün dünyada silahlanmaya səbəb olur:
"Aydın görünür ki, təhlükəsizlik bütün dövlətlər üçün birinci məsələyə çevrilib. Bunun nəticəsində sosial və infrastruktur layihələrə xərcləmələr azaldılır, silahlanma xərcləri artırılır".

Xaqani Cəfərli: Bu elə bir mərhələdir ki, istənilən məsuliyyətsiz addım və təsadüfi bir hadisə böyük faciələrə səbəb ola bilər
X.Cəfərli diqqətə çatdırıb ki, belə bir zamanda nüvə rəqabətinin də qlzlşması bəşəriyyəti təhlükəlinin astanasına gətirir:
"Bu elə bir mərhələdir ki, istənilən məsuliyyətsiz addım və təsadüfi bir hadisə böyük faciələrə səbəb ola bilər".
Beləliklə, demək olar ki, ABŞ və Rusiya arasındakı nüvə rəqabətinin dərinləşməsi qlobal təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Silahlanma yarışının sürətlənməsi və dövlətlərin təhlükəsizlik xərclərinə üstünlük verməsi, sosial və infrastruktur layihələrinə ayrılan resursların azalmasına səbəb olur. Belə bir şəraitdə hər hansı bir yanlış addım və ya təsadüfi hadisə böyük faciələrə yol aça bilər.
Ona görə də beynəlxalq əməkdaşlıq və nüvə silahlanmasının məhdudlaşdırılması bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət daşıyır.
Əli Hüseynov
Bakı 


