• Bakı 17° C

    12.23 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Crossmedia.az 1 yaşında 

MEDİA

01 Noyabr 2025 | 11:07

Crossmedia.az 1 yaşında 

Crossmedia.az Analitik-İnformasiya Portalının fəaliyyətinin bir yaşı tamam olur.

Bakıvaxtı.az xəbər verir ki, 2025-ci il noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilib, informasiya məkanında mühüm yer qazanmağa nail olub.

Crossmedia.az yarandığı gündən etibarən obyektiv və qərəzsiz olmağa çalışıb. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı "Prezident gündəliyi" bölməsi xüsusi qeyd edilməlidir.

Analitik-İnformasiya Portalı öz fəaliyyətində təhlili materialların dərcinə xüsusi yer verir. Crossmedia təhlil mərkəzinin üzvləri müntəzəm olaraq cəmiyyəti maraqlandıran mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər.

Crossmedia.az sosial mediada da fəaldır. Portal ayrı-ayrı sosial media platformalarında fərqli kontentlərlə çıxış edir.

Crossmedia.az həm analitik yazıların dərinliyi, həm də gündəlik xəbərlərin operativliyi ilə fərqlənir. Saytın əsas məqsədi cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün platforma təqdim etməkdir.

Bir yaşlı portal bu gün artıq etibarlı informasiya mənbəyi, analitik düşüncə mərkəzi və ictimai rəyin formalaşmasında önəmli iştirakçı kimi tanınır.

Bakıvaxtı.az olaraq Crossmedia.az portalının kollektivini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025