• Bakı 12° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

"Daily Mail" "The Daily Telegraph"ı alır

MEDİA

22 Noyabr 2025 | 15:13

Daily Mail The Daily Telegraphı alır

"The Daily Mail"in də daxil olduğu "Daily Mail və General Trust (DMGT)" media qrupu "The Daily Telegraph"ı 500 milyon funt-sterlinqə (650 milyon dollar) almağa razılaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times (FT)" öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, DMGT-nin nəzarət paketli səhmdarı, "The Daily Mail"in təsisçisinin nəvəsi Conatan Harmsworth uzun müddətdir ki, "The Daily Telegraph" və həftəlik nəşr olunan "The Sunday Telegraph" qəzetinin sahibi olan "Telegraph Media Group"u almaq istəyirdi. Nəşr qeyd edir ki, sövdələşmə iki əsas sağ mərkəzçi nəşrin birləşməsinə gətirib çıxara bilər. Bu da hakim İşçi Partiyası arasında narahatlıq doğurur. Hər iki qəzetin ayrı-ayrı redaksiya qruplarını saxlaması gözlənilir.

"Daily Telegraph" 1855-ci ildə britaniyalı polkovnik Artur Sley tərəfindən təsis edilib. 2019-cu ilə qədər qəzetin gündəlik tirajı təxminən 300.000 idi. "Press Gazette" onlayn nəşrinin hesablamalarına görə, hazırda onun nəşrinin sayının 150.000 civarında olması ehtimalı var. 


SON XƏBƏRLƏR

21 Noyabr 2025