• Bakı C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Türk dövlətlərinin dezinformasiya ilə mübarizə mövzusunda forumu başa çatdı

MEDİA

19 Dekabr 2025 | 17:00

Türk dövlətlərinin dezinformasiya ilə mübarizə mövzusunda forumu başa çatdı

Türk dövlətlərinin dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığını gücləndirməyə həsr olunmuş iki günlük forum başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türkdilli ölkələrdən rəsmi şəxslər, media rəhbərləri, ekspertlər və jurnalistlər iştirak ediblər.

Forum çərçivəsində dezinformasiyanın milli və regional təhlükəsizliyə təsiri, rəqəmsal platformalarda yalan məlumatların yayılma mexanizmləri, media savadlılığının artırılması, institusional əməkdaşlıq və operativ informasiya mübadiləsi mövzularında panel müzakirələr təşkil olunub. Çıxışlarda vurğulanıb ki, dezinformasiya müasir dövrdə hibrid təhdidlərin əsas elementlərindən biridir və bu təhlükəyə qarşı yalnız birgə, koordinasiyalı və prinsipial mövqe ilə effektiv mübarizə aparmaq mümkündür.

İştirakçılar türkdilli ölkələrin media qurumları arasında həmrəyliyin gücləndirilməsinin, ortaq mövqenin formalaşdırılmasının və peşəkar jurnalistikanın təşviqinin dezinformasiyanın təsirinin azaldılmasında mühüm rol oynadığını qeyd ediblər. Həmçinin gələcək dövrdə birgə layihələrin, təlim proqramlarının və mütəmadi dialoq mexanizmlərinin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Forumun yekununda dezinformasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın davam etdirilməsi, informasiya təhlükəsizliyi üzrə təcrübə mübadiləsinin genişləndirilməsi və ortaq yanaşmaların formalaşdırılması ilə bağlı ortaq fikirə gəlinib./APA


SON XƏBƏRLƏR