• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırıldı

MEDİA

09 Yanvar 2026 | 15:32

Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırıldı

Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid qurumun Dil Komissiyasının genişləndirilmiş iclasında deyib.

Onun sözlərinə görə, ötən iclasda komissiyanın tərkibi formalaşsa da, daha bir neçə üzv Komissiyaya daxil edilib:

"Prezident İlham Əliyev AMEA-nın 80-illik yığıncağında Azərbaycan dili barədə önəmli fikirlər səsləndirdi. Dil daşıyıcıları olaraq bu mesajlar bizim üçün də önəmlidir. Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırılıb.

Komissiyanın tərkibinin ilkin siyahısından sonra tərkib yenidən genişləndirilib. Belə ki, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı komissiyanın sədri, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli isə sədrin müavini olub. Komissiyanın katibliyinə Nadir Yalçın seçilib.

Həmçinin teleaparıcı Nərgiz Xəlilova, Vüsalə Məmmədova və Rasim Heydərov komissiyanın tərkibinə daxil edilib".


SON XƏBƏRLƏR

09 Yanvar 2026