• Bakı C

    7.49 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

14 yaşlı AFN

MEDİA

06 Fevral 2026 | 17:24

14 yaşlı AFN

Bu gün Azebaijan Favorite News (www.afn.az) saytının fəaliyyətə başlamasından 14 il keçir.

Bakıvaxtı.az xəbər verir ki, AFN.az saytı 2012-ci ilin yanvarında maliyyə-iqtisadi yönümlü xəbər portalı olaraq yaradılıb. Bir müddətdən sonra oxucu marağını nəzərə alaraq sayt Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxuculara çatdıran bir portala çevrilib. Bundan başqa, portalda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Sayt 2015-ci ildən etibarən isə yeni rəhbərliklə, yeni kursla operativ surətdə fəaliyyətini bərpa edib. Bu müddət ərzində məhdud imkanlarla geniş auditoriya qazanan AFN ölkənin ən iri xəbər portalları ilə rəqabət gücündədir. Buna isə kiçik kollektivin peşəkarlığı, təcrübəsi sayəsində nail olunub.

 Bakıvaxtı.az olaraq həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır. 


SON XƏBƏRLƏR

06 Fevral 2026