• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Türkiyədə güclü ZƏLZƏLƏ baş verdi

CƏMİYYƏT

01 Noyabr 2025 | 10:03

Türkiyədə güclü ZƏLZƏLƏ baş verdi

Türkiyənin Balıkəsir şəhərinin Sındırğı rayonunda növbəti zəlzələ baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə AFAD (Fəlakət və Təcili Yardım İdarəetmə Qurumu) məlumat yayıb.

Yerli vaxtla saat 7:58-də bu ərazidə 4,2 bal gücündə təkanlar qeydə alınıb.

Zəlzələ 6,79 kilometr dərinlikdə baş verib.

Bu il avqustun 10-da və oktyabrın 27-də 6,1 bal gücündə zəlzələlərdən sonra Sındırğı rayonunda afterşoklar davam edir.

6,1 bal gücündə iki əsas təkandan sonra minlərlə afterşokun baş verdiyi bölgədə bu gecə 3,8 və 3,5 bal gücündə iki ardıcıl zəlzələ də qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026