Pikassonun itkin düşmüş "Gitara ilə natürmort" əsəri konsyerjin masasında tapılıb.
Bakıvaxtı.az xəbər evrir ki, "CajaGranada" mədəniyyət mərkəzi rəsmin oktyabrın əvvəlində itkin düşdüyünü bildirib. İspaniya polisi sürücüləri dindirmək və mikroavtobusun marşrutunu müşahidə kameraları vasitəsilə izləmək üçün təxminən üç həftə vaxt sərf edib. Müstəntiqlər Luvr muzeyindəki məşhur soyğunla əlaqəni istisna etməyiblər.
Məlum olub ki, bu soyğun əslində, daha sadə formada aparılıb. Əsər 69 yaşlı qadın konsyerjin iş masasından tapılıb və iddialara görə, o, əsəri "Amazon" məhsulu ilə səhv salıb.
"El País" xəbər verir ki, əsər 600.000 avroya sığortalanıb.
Bakı 


