• Bakı 17° C

    12.23 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

“TikTok”da saxta elanlar paylaşaraq vətəndaşları aldadan şəxs SAXLANILDI

CƏMİYYƏT

01 Noyabr 2025 | 10:55

“TikTok”da saxta elanlar paylaşaraq vətəndaşları aldadan şəxs SAXLANILDI


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, o, “aksesuar auto” adlı “TikTok” səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025