• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

BMT ABŞ-dan hücumları dayandırmağı tələb etdi

DÜNYA

31 Oktyabr 2025 | 18:20 | Müəllif: Subhan Mahmudov

BMT ABŞ-dan hücumları dayandırmağı tələb etdi

BMT ABŞ-ı Karib dənizi və Sakit okeanda narkotik qaçaqmalçılarını daşıdığı iddia edilən gəmilərə hücumları dayandırmağa və qanunsuz qətllərin qarşısını almağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT insan hüquqları üzrə baş komissarı Volker Türk danışıb.

“Son həftələrdə ABŞ-ın hücumlarında ən azı 62 nəfər ölüb. Vaşinqton bu gəmilərin narkotik daşıdığını iddia edir, lakin ailələr və bəzi hökumətlər qurbanların arasında balıqçılar olduğunu bildirir.

Bu insanlar heç bir əsas olmadan öldürülüb. Hücumlar və artan insan itkisi qəbuledilməzdir. ABŞ bu hücumları dayandırmalı və gəmilərdəki şəxslərin qanunsuz öldürülməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir”, - Türk vurğulayıb./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026