• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kərimovun yaxtası hərracda satıldı

DÜNYA

31 Oktyabr 2025 | 19:05 | Müəllif: Subhan Mahmudov

Kərimovun yaxtası hərracda satıldı

Rusiyalı milyarder Süleyman Kərimova məxsus 106 metrlik "Amadea" superyaxtası ABŞ hakimiyyətinin əmri ilə 10 sentyabrda hərracda satılıb.

Bakıvaxtı.az xəbər verir ki, dubaylı milyarder Hüseyn Sacvaninin ailəsi gəminin yeni sahibi olub.

10 oktyabrdan etibarən Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş "Beyond Holdings Group" şirkəti Amadeanın sahibi kimi siyahıya alınıb. Bu ilin mart ayına qədər "Beyond Holdings Group" "AHS Four Company" kimi tanınırdı.

"Amadea"nı satın alan yeni şirkət, Dubayın Barşa Heights bölgəsindəki "Damac" qrupuna məxsus olan Executive Heights ofis kompleksində qeydiyyatdan keçib. "AHS" abreviaturası, ehtimal ki, Abbas Hüseyn Sacvani mənasını verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR