• Bakı 16° C

    9.52 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Polşa qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldı

DÜNYA

31 Oktyabr 2025 | 23:19

Polşa qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldı

Polşa Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinə görə MiQ-29 qırıcı təyyarələrini havaya qaldırıb. Bu, bir həftə ərzində baş verən üçüncü belə hadisədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Polşa qırıcı təyyarələri bu gün, 31 oktyabrda, İl-20 təyyarəsinin Baltik dənizi üzərində görünməsindən sonrakı səhər havaya qaldırılıb.

"Rusiya təyyarəsi yenidən uçuş planı olmadan və transponderi söndürülmüş vəziyyətdə uçurdu ki, bu da regionda aviasiya məkanına potensial təhlükə yaradırdı. Polşa pilotları NATO prosedurlarına uyğun olaraq xarici təyyarəni müşayiət ediblər", - deyə bildirilib.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025