UEFA Çempionlar Liqasında (ÇL) "Qarabağ"ın rəqibi olan "Çelsi" İngiltərədə ən çox qırmızı vərəqə alan komandadır.
Bakıvaxtı.az "Transfermarkt"a istinadən xəbər verir ki, London təmsilçisi cari mövsümdə bütün yarışlarda 14 oyunda 5 qırmızı vərəqə alıb.
Məlumata görə, sonuncu dəfə "Çelsi"nin oyunçusu Liam Delap İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Vulverhempton"la matçda (4:3) meydandan qovulub.
Müqayisə üçün qeyd edək ki, bu mövsüm "Liverpul" 2, digər səkkiz klub isə ("Bornmut", "Mançester Yunayted", "Sanderlend", "Vest Hem", "Börnli", "Vulverhempton", "Aston Villa" və "Nyukasl") 1 qırmızı vərəqə alıb.
Xatırladaq ki, noyabrın 5-də ÇL-in Liqa mərhələsinin 4-cü turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Çelsi"ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Üç turdan sonra "Çelsi" və "Qarabağ" hərəyə 6 xalla müvafiq olaraq 11 və 13-cü yerlərdə mövqe tuturlar.
 Bakı
 Bakı 


