• Bakı 12° C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Gürcüstan hökuməti Ukraynaya generatorlar göndərəcək 

DÜNYA

31 Oktyabr 2025 | 17:18

Gürcüstan hökuməti Ukraynaya generatorlar göndərəcək 

Gürcüstan hökuməti Ukraynaya humanitar dəstək məqsədilə generatorlar göndərmək qərarını təsdiqləyib.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, müvafiq sərəncamı Baş nazir İrakli Kobaxidze imzalayıb.

Hökumətin bu gün keçirilən iclasında qəbul edilən qərara əsasən, təxminən 550 000 dollar dəyərində müxtəlif növ generatorlar alınacaq və Ukraynaya təhvil veriləcək. Generatorların alınmasını Gürcüstan Enerji İnkişaf Fondu həyata keçirəcək.

Layihənin məqsədi Ukraynada davam edən enerji çatışmazlığı fonunda vital infrastrukturun və əhalinin enerji təminatına dəstək göstərməkdir.

Rəsmi məlumata görə, bu addım Gürcüstanın Ukrayna ilə dostluq və həmrəylik münasibətlərinin davamı kimi qiymətləndirilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

31 Oktyabr 2025