• Bakı 23° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Polşa Avropa Birliyindən çıxa bilər

DÜNYA

31 Oktyabr 2025 | 16:09

Polşa Avropa Birliyindən çıxa bilər

Polşa Avropa İttifaqından (Aİ) çıxma ehtimalını istisna etmir, belə ki, bir çox polyak siyasətçilər istənilən Avropa təşəbbüsünə qarşı çıxmağa meyllidirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin XİN rəhbəri Radoslav Sikorski bəyan edib.

Diplomat Polşanın Avropa İttifaqından çıxmasının real ssenari olub-olmadığı barədə sualı belə cavablandırıb: “Bəli, çünki bizdə elə siyasətçilər var ki, ehtiyat naminə hər bir Avropa təşəbbüsünə "yox" deyirlər. Xatırlayırsınızmı, Andjey Duda enerjiyə qənaət edən lampalara qarşı çıxmışdı? Sonradan məlum oldu ki, bu təklif Avropa Şurasında keçmiş prezident Lex Kaçinskinin iştirakı ilə təqdim olunub”.

Sikorskinin sözlərinə görə, Polşanın sağçı millətçiləri Avropadan gələn bütün təklifləri “mütləq səhv qərarlar” kimi qəbul etməyə öyrəşiblər.

Onun fikrincə, bu “zərərli təcrübədir”, çünki məhz belə yanaşma “Brexit”in (Britaniyanın Aİ-dən çıxması –red.) yaranmasına səbəb olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR