• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şimali Koreya Hərbi Hava Qüvvələri yeni strateji aktivlər alacaq

DÜNYA

30 Noyabr 2025 | 12:22 | Müəllif: Zeynəb Rzayeva

Şimali Koreya Hərbi Hava Qüvvələri yeni strateji aktivlər alacaq

Şimali Koreya lideri Kim Çen In bildirib ki, Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələrinə yeni strateji aktivlər veriləcək və ona yeni, mühüm missiya həvalə olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Noyabrın 28-də Kim Çen In Kalma hava limanında Hərbi Hava Qüvvələrinin 80 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edib.

Xüsusilə Kim Çen Inın çıxış etdiyi Hərbi Hava Qüvvələrinin ildönümü ilə bağlı xüsusi iclas keçirilib.

"Yoldaş Kim Çen In bildirib ki, Hərbi Hava Qüvvələrimizə yeni strateji aktivlər veriləcək və ona yeni, mühüm missiya həvalə olunacaq"- deyə məqalədə bildirilir.

Şimali Koreya liderinin sözlərinə görə, Koreya İşçi Partiyası Hərbi Hava Qüvvələrinin "nüvə müharibəsindən çəkindirici" rolunu oynamasını gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026