• Bakı 12° C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Heqset: Nüvə sınaqları nüvə silahları ilə münaqişə ehtimalını azaldacaq

DÜNYA

31 Oktyabr 2025 | 17:44

Heqset: Nüvə sınaqları nüvə silahları ilə münaqişə ehtimalını azaldacaq

ABŞ-nin nüvə sınaqlarının bərpası nüvə münaqişəsi ehtimalını minimuma endirə bilər. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu ənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında çıxışı zamanı Pentaqonun katibi Pit Heqset deyib.

ABŞ prezidenti Donald Trampın nüvə silahı sınaqlarına dərhal başlamaq barədə sərəncamını şərh edən nazirin sözlərinə görə, departament ölkənin nüvə hərbi kompleksinə nəzarət edən Energetika Nazirliyi ilə işləyəcək. 

"Prezident açıq şəkildə bildirdi ki, bizim etibarlı nüvə qarşısının alınmasına ehtiyacımız var. Bu, çəkindirmənin əsasıdır. Bunu başa düşmək və nüvə sınaqlarını bərpa etmək çox məsuliyyətli yanaşmadır. Düşünürəm ki, nəyə sahib olduğunuzu bilsəniz və onun düzgün işlədiyinə əminsinizsə, nüvə münaqişəsi ehtimalı azalar", - deyə nazir qeyd edib.

Müdafiə nazirinin sözlərinə görə, Amerikanın güclü nüvə arsenalı ABŞ-ayə güc yolu ilə sülhü təmin etməyə kömək edəcək:

"Biz Çin və ya hər hansı başqa ölkə ilə münaqişəyə can atmırıq. Amma nə qədər güclü olsaq, müttəfiqlərlə nə qədər çox əməkdaşlıq etsək, nüvə münaqişəsi ehtimalı bir o qədər az olar".

Gülşən Şərif


SON XƏBƏRLƏR

31 Oktyabr 2025