• Bakı 11° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Beyin ölümü: Bütün meyitlərdən orqan köçürmək mümkündürmü?

CƏMİYYƏT

31 Yanvar 2026 | 11:32

Beyin ölümü: Bütün meyitlərdən orqan köçürmək mümkündürmü?

Meyit donorundan orqan köçürülməsi üçün əsas şərtlərdən biri beyin ölümü diaqnozunun düzgün və vaxtında qoyulmasıdır. Əvvəlki dövrlərdə həkimlər bu diaqnozla bağlı etik və mənəvi tərəddüdlər yaşayırdı.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Nadir Zeynalov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Nadir Zeynalov qeyd edib ki, bu problemlərin aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinin Koordinasiya Mərkəzi tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Beyin ölümü diaqnozunun qoyulması ilə bağlı metodik tövsiyələrin hazırlandığını, seminarlar və təlimlərin keçirildiyini vurğulayıb. O əlavə edib ki, bu istiqamətdə aparılan işlər nəticəsində həkimlərin yanaşmasında ciddi dəyişiklik müşahidə olunur:

“Bu proses transplantasiya mexanizminin artıq işlək vəziyyətə gəldiyini göstərir. O qeyd edib ki, həm cəmiyyət tərəfindən meyit donorluğu daha geniş qəbul olunur, həm həkimlər tərəfindən beyin ölümü diaqnozunun qoyulması praktikası genişlənir, həm də ölkədə fəaliyyət göstərən transplantoloqlar və cərrahlar meyit donorundan orqan köçürülməsini texniki baxımdan uğurla icra edirlər”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

30 Yanvar 2026